Mayın 4-də paytaxtda veloyürüş keçiriləcək. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az “culture.baku” İnstagram səhifəsinə istinadən xəbər verir.
Tədbir saat 09:00-da Hərbi Qənimətlər Parkının qarşısından start götürərək, Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.
Veloyürüşdə iştirak etmək istəyən şəxslər 18 yaşdan yuxarı olmaqla yürüşə şəxsi velosiped, dəbilqə və velosiped geyimləri ilə qoşula bilərlər. Velosiped və dəbilqəsiz iştirakçıların veloyürüşə qatılmasına icazə verilmir.
İdman tədbiri Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Velosiped Federasiyası və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə baş tutacaq.
Veloyürüşdə iştirak ödənişsizdir.