“Qarabağ” FK ev oyunlarına bilet satışını tamamilə “İTicket.az”-a həvalə edib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az futbol klubuna istinadən xəbər verir.
“Biletlərlə bağlı hər hansı istək və suallarınız yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etməyiniz xahiş olunur”, - deyə açıqlamada bildirilib.
“Qarabağ” - ”Ferentsvaroş” matçı 3 avqust tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.