Bu gün futbol üzrə Misli Premyer Liqasında 20-ci tura start verilib.
Bakuplus.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. "Şamaxı" öz meydanında "Zirə" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandaların ilk dövrədəki qarşılaşmalarında "Şamaxı" (1:0), 2-ci dövrədəki matçda isə "Zirə" (2:0) qalib gəlib.
Hazırda "Zirə" 36 xalla 3-cü, "Şamaxı" 17 xalla 8-ci pillədə qərarlaşır.