Bakının Yasamal rayonu, “20 Yanvar” dairəsində iki avtomobil toqquşub. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi digər “Prius”a çarpılıb. Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, bir nəfər xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.