Bakıda bu gün, 13 oktyabr tarixində gecə saatlarında iki avtomobil toqquşub.
Yasamal rayonu “20 Yanvar” mertosunun yaxınlığında “Kia” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək evakuatora çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Yoli polis əməkdaşları cəlb olunub.
Daha bir yol qəzası Binəqədi rayonunda qeydə alınıb. Nəticədə, sərnişin 56 yaşlı Xalid Tağıyev xəsarət alıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faklta bağlı araşdırma aparılır.