26 il əvvəl törədilmiş qətlin üstü açılıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
1997-ci il 24 yanvar tarixində Nizami rayonunda 64 yaşlı Zoyaxanım Rzayeva naməlum şəxs tərəfindən öldürülüb. Həmin vaxt qatili tapmaq mümkün olmayıb.
Aparılan araşdırma zamanı 26 il əvvəl törədilən qətlin üstü açılıb və Kərim Kərimli şübhəli şəxs qismində saxlanılıb. O, əvvəllər də qətl üstündə həbs cəzası çəkib.