Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 3-cü mikrorayon dairəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az xəbər verir.
“Prius” markalı minik avtomobili hərəkətdə olan zaman motosikletlə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_81075" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]