Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Fuad Nəsirov saxlanılıb.
Saxlanılan şəxs Məhəmmədi, Pirşağı və Kürdəxanı qəsəbələrində müxtəlif vaxtlarda 5 evdən ümumilikdə dəyəri 11.000 manata yaxın olan tikinti materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Hazlrda araşdırmalar aparılır.