Xətai rayonunda avtoxuliqanlıq qeydə alınıb. Bu haqda 6 aprel tarixində Oxu.az məlumat verib.
Ağ şəhər bulvarının yaxınlığında “Toyota Prius” ilə yarışan və avtoxuliqanlıq edən VAZ-2107 markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib və qarşıda hərəkətdə olan VAZ-2121 markalı maşına çırpılıb.
Qəza “Prius”da olan şəxslər tərəfindən lentə alınıb.