Paytaxtın Nəsimi rayonunda telefon oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 13 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.
Lənkəran rayon sakini E.Qasımzadə müxtəlif vaxtlarda 4 ədəd mobil telefonlar oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 12 oktyabr tarixində Xəzər rayonunda dövlət qurumlarından oğurluq edən şəxs saxlanılmışdır.