Nizami rayonunda lotereya biletləri oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
42 yaşlı Fərid Əliyev rayon ərazisində yerləşən avtomobillərin birindən içərisində 4430 AZN dəyərinə lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çantanı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.