Bakının Zığ-Hövsan şosesində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
71 yaşlı İlla Rəhmanova yolu keçərkən onu Fuad İsgəndərov idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə vurub.
Qadın 3 saylı şəhər klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb.