Xətai rayonunda partlayış hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hadisə , 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayış olub. Nəticədə 1 nəfər xəsarət alıb.
Hadisə yerin FHN-in əməkdaşları cəlb olunublar.