Bakının Xətai rayonu, 8 Noyabr prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
“Toyota” markalı avtomobil sola dönən zaman “Hyundai” markalı nəqliyyat vasitəsi ona çarpılıb. Zərbənin gücündən avtomobil hərəkət zolağından səkiyə çıxıb. Nəticədə işıqfor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrikpaylayıcı lövhəsi yerindən qopub.
Qəza nəticəsində hər iki avtomobilə və yol infrastrukturuna ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.