Xətai rayonu, 8 Noyabr prospektində təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri prospektin 9-cu km-dən Zığ dairəsi istiqamətində olan hissəsində aparılıb.
Uzunluğu 261 metr təşkil edən ərazidə köhnə qasfalt örtüyü qazılıb, yararsız qrunt yenilənib, daha sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Beləliklə, yolun üzərində əmələ gələn qabarma və çatlar aradan qaldırılıb.
Sonda müvafiq yol cizgiləri çəkilib, nişanlar quraşdırılıb.