Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən mənzildə yanğın baş verib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Mir Cəlal küçəsi, 145 ünvanında qeydə alınıb. Alışma doqquzmərtəbəli binanın 8-ci mərtəbəsində başlayıb. Nəticədə mənzilin eyvanı tamamilə yanıb. Binada yaşayan 15 nəfər təxliyə edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.