Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Babək İsmayılov və Elvin Əliyev saxlanılıblar.
Saxlanılan şəxslər evlərin birindən 1600 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Hazırda araşdırmalar aparılır.