Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 2 aprel tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonu, Şağan-Türkan yolunda yolu keçən 29 yaşlı Səxavət Mustafayevi avtomobil vurub.
Xəstəxanaya çatdırılan yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalar davam edir.