Bakının Xəzər rayonu, Şağan qəsəbəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
40 yaşlı Rauf Ağayev yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Kişi qapalı kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.
Qəzanın təfərrüatları araşdırılır.