Bakının Xətai rayonunda minik avtomobili skuter sürücüsünü vurub. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az məlumat verir.
Hadisə ötən gün axşam saatlarında “Ağ şəhər”dəki bulvarın ərazisində baş verib. Qəza nəticəsində skuterçinin ayağı sınıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Xəsarət alan xəstəxanaya aparılıb.
[video width="720" height="528" mp4="https://bakuplus.az/storage/photos/2024/07/video_2024-07-09_09-45-55.mp4"][/video]