Bakıda dənizdə 25 yaşlı gəncin cansız bədəni aşkarlanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında tapılan meyitin Nəsimi Rüstəmova məxsus olduğu müəyyənləşib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.