Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Çağırışa gedən təcili tibbi yardım maşını yolu keçən 22 yaşlı İsa Mikayılovu vurub. Gənc oğlan həmin briqadanın köməkliyi ilə xəstəxanaya aparılıb.
Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub. Fakt araşdırılır.