Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Xırdalan şəhərində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalının sındırılaraq 550 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş marketi təmir edən usta Xalid Xubalıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.