Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 dekabr tarixində APA məlumat verib.
“20 Yanvar” metro stansiyası istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığından keçmək üçün sürət həddini aşaraq “Hyundai” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Nəqliyyat vasitələr cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır, avtotexniki ekspertiza təyin edilib.