Şabranda qəzaya düşən şəxs Bakıda vəfat edib. Bu hada bu gün, 25 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Şabran-Güləmli yolunda baş verib. 42 yaşlı Anar Məmmədov motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çarpılıb. O, yaralı vəziyyətdə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq, sürücünü xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.