Ötən gün paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbəsi batıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Universitetin Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi İmran Cəbrayılov dənizdə boğularaq dünyasını dəyişib. O, ADİU-ya 554 balla qəbul olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ötən gün nəzarətsiz ərazidə dənizdə batmış İ.Cəbrayılovun meyiti tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.