Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi qızılca xəstəliyindən vəfat edib. Bu barədə APA 4 yanvar tarixində xəbər verib.
Rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
S.İbayeva İnfeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.