Paytaxtın Sabunçu rayonunda piyadanın xəsərət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Yolun hərəkət hissəsindən keçmək istəyən 33 yaşlı Dəyanət Cabbarovu avtomobil vurub. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb və həkim nəzərətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.