Aeroport yolunun Bakının Sabunçu rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası olub. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Mercedes” markalı avtomobilin sürücüsü yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən 63 yaşlı Salman Musayevi vurub.
Piyada yerindəcə keçinib. Fakt araşdırılır.