Paytaxtın Sabunçu rayonu, aeroport şosesi, Olimpiya Stadionu yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Yüksək sürətdə hərəkət edən “Nissan” markalı avtomobil eyni istiqamətdə gedən “Mercedes” markalı nəqliyyat vasitəsinə arxadan çarpılıb. Nəticədə hər 2 avtomobilə ciddi ziyan dəyib. “Mercedes”-in sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.