Bakıda ailə münaqişəsi bıçaqlanma ilə sonlanıb. Bu haqda bu gün, 28 aprel tarixində Report məlumat verib.
Hadisə Xətai rayonunda qeydə alınıb. 42 yaşlı Cəmilə Yüsifova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Fakt araşdırılır.