Bakıda koronavirus xəstəsi aşkarlanıb. Hadisə Nərimanov rayonunda qeydə alınıb. Bu haqda BAKU.WS 16 noyabr tarixində xəbər verib.
Aktiv koronavirus xəstəsi olan 23 yaşlı Şərəf Quliyev Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən Nərimanov stansiyasında aşkarlanaraq müalicə təyin olunan ünvana yerləşdirilib.
Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq prosessual tədbirlər davam etdirilir.