Bakının Sabunçu rayonunda qaz balonunun alışması nəticəsində 52 yaşlı qadın yanıq xəsarətləri alıb. Bu haqda bu gün, 19 yanvar tarixində Report məlumat verib.
Hadisə yanvarın 18-də rayonun M.Hüseynzadə küçəsində fərdi evdə baş verib. Evin mətbəx otağında qaz balonunun alışması nəticəsində yanğın başlayıb.
Ev sahibi, 52 yaşlı Nailə Bədirxanova balonu kənara atmaq istəyərkən onu əli ilə tutub. Həmin zaman o, əl və ayaq nahiyələrindən yanıq xəsarətləri alıb.
Hadisənin təfərrüatları araşdırılır.