Yasamal rayonunda evdən 2 nəfərin meyiti tapılıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rayonun Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 cansız bədən aşkarlanıb. Onların hansı səbəbdən ölmələri ilə bağlı tibbi ekspertiza təyin olunub.
Araşdırmalar davam edir.