Şamaxıda avtoqəzada xəsarət alan 10 yaşlı oğlan, Bakıya gətirilib.
Report-dan verilən məlumata görə, C.Məmmədov yolu keçən zaman onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğuna görə, Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.