Bakının Nərimanov rayonu, Atatürk prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 aprel tarixində APA məlumat verib.
“Chevrolet” və “BMW” markalı avtomobillər toqquşub. “BMW”-nin sürücüsü idarəetməni itirərək yol nişanı dirəyinə çarpılıb. Nəticədə sürücü xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Nəqliyyat vasitələri hərəkət hissəsindən uzaqlaşdırılıb. Hadisə araşdırılır.
[caption id="attachment_97972" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]