Nizami rayonunda oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Rayon ərazisində “Toyota” markalı bir avtomobildən 1700 manat dəyərində monitor və cərəyan bloku, şadlıq saraylarının birində isə Bakı şəhər sakini H.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Orxan Vəliyev müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.