Paytaxtın Yasamal rayonu, A.Abbasov küçəsində avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Elxan Rzayev “Opel” markalı nəqliyyat vasitəsindən 50 AZN, mobil telefon və 2 ədəd eynək oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.