Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 1983-cü il təvəllüdlü R.Qasımov şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Bakuplus.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qasımovdan metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun müxtəlif vaxtlarda rayon ərazisində “Chevrolet” və “Opel” markalı iki avtomobildən ümumilikdə 2500 manat, 200 ABŞ dolları, bank kartları və sürücülük vəsiqəsi, 3 evdən isə 1000 manat pul, noutbuk, 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.