Paytaxtın Suraxanı rayonunda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Report.az məlumat yayıb.
Bakı şəhər sakini Ə.Abbasov saxlanılaraq Suraxanı rayon Polis idarəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam edir.
8 oktyabr axşam saatlarında Hövsan qəsəbəsində avtomobi “Moskviç” markalı avtomobil yolu keçən qəsəbə sakini Əhliman Əsgərovu vurmuşdur. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişmişdir.