Binəqədi rayonunda, avtovağzalın yaxınlığında adam öldürən şəxs tutulub. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Aparılan axtarışlar nəticəsində 28 yaşlı Həsənağa Əliyev saxlanılıb. O, 24 yaşlı İzmir Savadovu öldürməkdə şübhəli bilinir.
Ötən gün “Motodrom” yaşayış massivində 2 sürücü arasında yaranmış mübahisə qətllə nəticələnmişdi.
Öldürülən şəxsin fotoları:
[URIS id=119715]