Bakı Avtovağzalının yaxınlığında qətl hadisəsi baş verib. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Binəqədi rayonu, “Motodrom” yaşayış massivində qeydə alınıb. 2 avtomobilin qarşı-qarşıya gəlməsi sürücülər arasında mübahisəyə səbəb olub. Nəticədə bir nəfər digərini bıçaqlayaraq ərazidən qaçıb. Yaralı xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Hazırda şübhəli şəxsin axtarışları aparılır. Araşdırmalar davam edir.