Mağazadan çay oğurlayan şəxs tutulub. Bu haqda 2 fevral tarixində APA məlumat verib.
Yanvarın 6-dan 28-dək olan müddətdə Səbail rayonunda marketlərin birindən 546 manat dəyərində çay oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini X.Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.