Bakının mərkəzində, Azərbaycan prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az məlumat verir.
“Hyundai” markalı minik avtomobili ilə hərəkət edən sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini dəmir məhəccərə çarpıb. Qəzanın asfalt örtüyünün sürüşkən olması və qeyri-sabit hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.