Paytaxtın Səbail rayonu, Niyazi küçəsi, “Azneft” dairəsinin yaxınlığında zəncirvari qəza baş verib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Ehtimal olunur ki, yağışdan sonra yol sürüşkən olduğundan “Hyundai” markalı nəqliyyat vasitəsi, arxadan “Chevrolet Niva” markalı avtomobilə çarpılıb. Sonuncu isə “Daewoo” markalı amaşınla toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. “Hyundai” markalı avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.