Bakının Səbail rayonunun Neftçilər prospektində yerləşən “Azneft” dairəsində yol qəzası baş verib. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az məlumat verir.
“Toyota Prius” markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
[caption id="attachment_102962" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]