Bakının Səbail rayonu, “Azneft” dairəsində yol qəzası baş verib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Ötən gün saat 23:45-də “Ford Mustang” markalı avtomobil kobud şəkildə qaydanı pozaraq, dairəyə daxil olub və “Toyota Prius” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Dövlət Yol Polis İdarəsinin (DYP) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirlidən verilən məlumata əsasən, qəza nəticəsində bir nəfər xəsarət alıb, hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/sequence-013.mp4"][/video]