Azərbaycan Texniki Universiteti kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Elçin Məmmədov 63 yaşında vəfat edib.
E.Məmmədov 1982-ci ildə AzTU-nun Radioaparatların texnoloq-konstruktor mühəndisliyi ixtisasını bitirib. 1988-ci ildən isə o, universitetdə müxtəlif vəzifələrdə çalışıb.