Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində silah-sursat tapılıb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Niyaməddin Həsənova məxsus “RQ-42” markalı əl qumbarası, “UZRQM” partladıcı, “MPT” markalı avtomatik tüfəng, həmçinin 5,45 millimetr çaplı 8 avtomat patronu və 36 kalibrli bir tüfəng patronu aşkar edilərək götürülüb.
Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.