Bakının Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində 18 iyul axşam saatlarında yol qəzası baş verib. Bu haqda bu gün, 19 iyul tarixində Oxu.az məlumat verib.
Kuryer şirkətinə məxsus motosikletin sürücüsü işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq yolun hərəkət hissəsinə çıxan “Toyota Prius” markalı avtomobilə çırpılıb.
Nəticədə motosiklet sürücüsü zərbənin gücündən bir neçə metr kənara atılıb. Onun qəzadan sonrakı vəziyyəti məlum deyil.